image-bez-nazvaniyabackend

Faktiki HAVA açıqlandı – Dalğanın hündürlüyü 2,6 metrə çatıb

image-reklam_sirab_01

Neft Daşlarında dalğanın hündürlüyü 2,6 metrə çatıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən Veteninfo.az-a verilən məlumata görə, yanvarın 8-nə olan məlumatına əsasən səhər saatlarından başlayaraq Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyi arabir 20 m/s-dək güclənib, Altıağacda 23 m/s qeydə alınıb.

Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 2,6 metrdir.

Gün ərzində küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında arabir 23-28 m/s, yarımadanın bəzi yerlərində arabir 30 m/s-dək güclənəcəyi, gecəyə doğru isə tədricən 18-20 m/s olacaq.

Küləkli hava şəraiti ilə əlaqədar əhalinin ehtiyatlı olması tövsiyə olunur.

Yanvarın 8-dən 9-na keçən gecə 8-13 m/s-dək mülayimləşəcək.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki