FİFA İranın futbol əfsanəsi Əli Dayidən Beynəlxalq Futbol Federasiyasının ən yaxşılarının mükafatlandırılması mərasimində iştirak etməsini xahiş edib.
Vətəninfo.az xəbər verir ki, FİFA bu tədbirə heç bir İran rəsmisini dəvət etməyib.
Əli Dayinin ölkəni tərk etməsinə icazə verilib-verilməməsi bəlli deyil.
Xatırladaq ki, bir müddət öncə Əli Dayinin ölkədən çıxışına molla rejimi tərəfindən qadağa qoyulub.