image-d4ad795e-d5d2-387d-9d6f-5f3eb6f51e3d_850backend

Filippində tropik tufanda ölənlərin sayı 98-ə çatıb

image-reklam_sirab_01

Filippində Nalci tropik tufanında ölənlərin sayı 98-ə yüksəlib.

Bu barədə ölkənin Fəlakət riskinin azaldılması və onların idarə edilməsi üzrə Milli Şurası məlumat yayıb.

Bildirilib ki, təbiət hadisəsi sonucunda 69 nəfər xəsarət alıb, 63 nəfər isə itkin düşüb.

Xatırladaq ki, oktyabrın 29-dan 30-na keçən gecə Luson arxipelaqının ən böyük adasına güclü tufan çöküb. Bir çox ərazilər işıqsız qalıb. Bəzi yaşayış məntəqələrini su basıb. Paytaxt Manilanın küçələri də su altında qalıb.

55 şəhərdə təbii fəlakət rejimi tətbiq edilir, təhsil ocaqları və əksər müəssisələr bağlanıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki