image-6422646fc0ee9backend

Fransa qrupdakı liderliyini qorudu

image-reklam_sirab_01

Vətəninfo.az xəbər verir ki seçmə mərhələnin ikinci turunda B, E, F və G qruplarında görüşlər keçirilib.

B qrupunda İrlandiyanın qonağı olan son dünya çempionatının finalçısı Fransa 50-ci dəqiqədə Benjamin Pavardın qolu ilə mübarizədən 1-0 qalib ayrılıb. İki oyunun nəticəsinə görə xallarını 6-ya çatdıran Fransa qrupdakı liderliyini qoruyub. Qrupun digər oyununda Hollandiya 23-cü dəqiqədə Memfis Depay, 50-ci və 82-ci dəqiqələrdə isə Nathan Ake ilə Cəbəllütariqi 3:0 hesabı ilə məğlub edib.

Seçmə mərhələdə 4 qrupda keçirilən oyunların nəticələri:

B qrupu

İrlandiya – Fransa: 0-1

Niderland – Cəbəllütariq: 3-0

E qrupu

Moldova-Çexiya: 0-0

Polşa – Albaniya: 1-0

F qrupu

İsveç – Azərbaycan: 5-0

Avstriya-Estoniya: 2-1

G qrupu

Monteneqro-Serbiya: 0-2

Macarıstan-Bolqarıstan: 3-0


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki