image-43backend

Fransada eyni gündə iki məscidə hücum olub

image-reklam_sirab_01

Ötən gecə Fransada iki məscidə hücum olub.

Vətəninfo.az “Habertürk”ə istinadən xəbər verir ki, təxribatlar Mure və Domene əyalətlərində qeydə alınıb.

Məscidlərin divarına “Müsəlmanlar zərərlidir” kimi sözlər yazılıb.

Fransa Türk Müsəlman Dərnəkləri Koordinasiya Komitəsi bu barədə açıqlamasında son vaxtlar ölkədə İslamofobiya meyillərinin artdığını və müsəlmanların birbaşa təzyiqlərə məruz qaldığını bildirib.

Qeyd edək ki, son hadisə ilə bağlı araşdırma başlanıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki