Fransa iPhone 12 smartfonlarında aşkar edilən təhlükəli elektromaqnit şüalanma səviyyəsinə görə onların satışını qadağan edə bilər. Vətəninfo.az xəbər verir ki, bu barədə Reuters agentliyi Fransanın rəqəmsal iqtisadiyyat nazirinin müavini Jan-Noel Baronun açıqlamalarına istinadən xəbər verir.
Radiotezliklərə nəzarət (ANFR) üzrə Fransanın tənzimləyici orqanının mütəxəssisləri iPhone 12-də yüksək səviyyədə elektromaqnit şüalanması aşkar ediblər. ANFR laboratoriya testləri göstərdi ki, bu smartfon 5,74 Vt/kq, icazə verilən maksimum səviyyə isə 4 Vt/kq-dır.
Baronun sözlərinə görə, problem iPhone 12 üçün proqram yeniləməsini buraxmaqla həll edilə bilər. Fransa Apple-a belə bir yeniləməni hazırlamaq və buraxmaq üçün iki həftə vaxt verdi. Bu tələb yerinə yetirilməsə, Fransa ölkədə iPhone 12 satışını qadağan etməklə hədələyir və artıq satılanların geri çağırılmasını tələb edir.
Apple hələ ki, vəziyyətlə bağlı şərh verməyib.