Fransada prezident seçkilərinin birinci turunun ilkin nəticələri məlumdur.
Veteninfo.az-ın “Figaro”ya istinadla xəbərinə görə, Daxili İşlər Nazirliyi bütün kommunalarda bülletenlərin sayılmasını başa çatdırıb.
Səslərin 100%-i sayıldıqdan sonra Makronun 27,6% səs topladığını bildirib. Ikinci yerdə gələn Le Pen isə 23,41% səs toplayıb.
Jan-Lük Melanşon seçicilərin 21,95%-nin etimadını qazana bilib.
***
03.35
Fransada prezident seçkilərində hazırki prezident Emmanuel Makron əsas rəqibi sağçı namizəd Marin Le Peni qabaqlayıb.
Daxili İşlər Nazirliyi səslərin 95%-ni sayıldıqdan sonra Makronun 27,41% səs (9 091 679 seçici) topladığını bildirib. Ikinci yerdə gələn Le Pen isə 24,03% səs (7 970 921seçici) toplayıb.
Jan-Lük Melanşon seçicilərin 21,57%-nin etimadını qazana bilib. Digər namizədlərin topladığı səs 0,6 ilə 6,9% arasında dəyişir.
***
02.34
Fransada prezident seçkilərində hazırki prezident Emmanuel Makron əsas rəqibi sağçı namizəd Marin le Peni qabaqlayıb.
Daxili İşlər Nazirliyi səslərin 90%-ni sayıldıqdan sonra Makronun 24,58% səs (8 657 260 seçici) topladığını bildirib. Ikinci yerdə gələn Le Pen isə 25,05% səs (7 766 149 seçici) toplayıb.
Jan-Lük Melanşon seçicilərin 20,95%-nin etimadını qazana bilib. Digər namizədlərin topladığı səs 0,6 ilə 6,9% arası dəyişir.
***
02.00
Fransada prezident seçkilərində hazırki prezident Emmanuel Makron əsas rəqibi sağçı namizəd Marin le Peni qabaqlayıb.
Daxili İşlər Nazirliyi səslərin 85%-ni sayıldıqdan sonra Makronun 27,40% səs topladığını bildirib. Ikinci yerdə gələn Le Pen isə 25,05% səs toplayıb.
Jan-Lük Melanşon seçicilərin 20%-nin etimadını qazana bilib. Digər namizədlərin topladığı səs 0,6 ilə 6,9% arası dəyişir.
***
01.22
Fransada prezident seçkilərində hazırki prezident Emmanuel Makron əsas rəqibi sağçı namizəd Marin le Peni qabaqlayıb.
Daxili İşlər Nazirliyi səslərin 80%-ni sayıldıqdan sonra Makronun 27,32% səs topladığını bildirib. Ikinci yerdə gələn Le Pen isə 25,79% səs toplayıb.
Jan-Lük Melanşon seçicilərin 19%-nin etimadını qazana bilib. Digər namizədlərin topladığı səs 0,6 ilə 6,8% arası dəyişir.
***
01.00
Fransada prezident seçkilərində hazırki prezident Emmanuel Makron əsas rəqibi sağçı namizəd Marin le Peni qabaqlayıb.
Daxili İşlər Nazirliyi səslərin 73%-ni sayıldıqdan sonra Makronun 27,17% səs topladığını bildirib. Ikinci yerdə gələn Le Pen isə 26,37% səs toplayıb.
Jan-Lük Melanşon seçicilərin 19%-nin etimadını qazana bilib. Digər namizədlərin topladığı səs 0,6 ilə 6,8% arası dəyişir.
***
00.39
Fransada prezident seçkilərində hazırki prezident Emmanuel Makron əsas rəqibi sağçı namizəd Marin le Peni qabaqlayıb.
Daxili İşlər Nazirliyi səslərin 67%-ni sayıldıqdan sonra Makronun 27,01% səs topladığını bildirib. Ikinci yerdə gələn Le Pen isə 26,87% səs toplayıb.
***
00.24
Fransada prezident seçkilərində sağçı namizəd Marin le Pen hazırki prezident Emmanuel Makronu qabaqlayıb.
Daxili işlər nazirliyi səslərin 59%-i sayıldıqdan sonra Le Penin 27,16% səs topladığını bildirib. Ikinci yerdə gələn Makron isə 26,84% səs toplayıb.
***
22.24
Fransada keçirilən prezident seçkilərində “exit-poll”un nəticələri məlum olub.
Seçicilərin 28,1%-i hazırki prezident Emmanuel Makrona səs verib.
Onun əsas rəqibi Marin Le Pen 23,3% səs toplayıb.
Beləliklə, hər 2 namizəd ikinci turda mübarizə aparmalı olacaqlar.
Digər namizəd, Jan-Lük Melanşona seçicilərin 20,1%-i etimad göstərib.
Qeyd edək ki, Fransada prezident seçkilərinin ikinci turu aprelin 24-də keçiriləcək.


























