image-5backend

“Fransanın Ermənistanı silahlandırması, ilk növbədə erməni xalqı üçün acı sonluqla bitə bilər” – Nəsib Məhəməliyev

image-reklam_sirab_01

Azərbaycan Prezidenti İlham Əliyev bu gün Qranadada keçiriləcək görüşdə iştirakdan imtina edib.

Prezident İlham Əliyevin səfərdən imtina etməsinə səbəb Fransanın destruktiv mövqeyi, eləcə də Paris və Berlinin Türkiyənin bu görüşdə iştirakı ilə bağlı narazılığıdır. Bu şərtlərdə Azərbaycan tərəfi danışıqlar aparmaqdan imtina edib.
Xatırladaq ki, oktyabrın 5-də İspaniyanın Qranada şəhərində Avropa İttifaqı, Azərbaycan, Fransa, Almaniya və Ermənistan liderlərinin iştirakı ilə görüşün keçirilməsi planlaşdırılırdı. Bu görüşdən Azərbaycan prezidentinin imtinası ilə bağlı detalları Milli Məclisin deputatı Nəsib Məhəməliyevlə müzakirə etdik.

-Nəsib müəllim, Azərbaycanın Qranada görüşündən imtina etməsinin səbəbi nə idi?

-Prezident İlham Əliyevin Qranada görüşündən imtina etməsinin əsas səbəbi Fransanın apardığı destruktiv siyasətlə bağlıdır. Müharibədən sonra Avropa İttifaqının moderatorluğu ilə keçirilən görüşlər kifayət qədər konstruktiv xarakter daşıyırdı və Ermənistan da əsasən Azərbaycan Prezidentinin irəli sürdüyü şərtləri qəbul etmişdi. Lakin, Makronun prosesə qoşulması nəticəsində, Paşinyan yenidən oyunlar oynamağa başladı və sülh danışıqlarından yayındı. Xatırlayırsınızsa, Paşinyan Makronsuz danışıqlardan imtina etdi. Makron isə, bütün bəyanatları, açıq ermənipərəst mövqeyi ilə ermənidən daha çox erməni olduğunu ortaya qoydu. Belə bir adam vasitəçi ola bilməz. Hər şeydə bir məntiq olmalıdır. Fransa bölgədə sülhün əldə olunmasını istəyirsə, danışıqlar masasında qismən də olsa, paritet olmalıdır. İndiki halda, Azərbaycan və Ermənistanla bərabər Fransanın, Almaniyanın, Avropa İttifaqının iştirakı nəzərdə tutulurdu. Avropa İttifaqının iki aparıcı dövlətinin prosesə qərəzli münasibəti göz önündədir və təəssüf hissi doğurur. Belə olan halda, niyə Türkiyə danışıqlarda iştirak etməməlidir. Türkiyəsiz regionda sülh əldə oluna bilməz. Fransa və Almaniya ilə bərabər, Türkiyə də mütləq danışıqlar prosesində iştirak etməlidir. Yaxud, moderatorluq, yenidən Şarl Mişelə qayıtmalıdır. 2. Dünən İrəvanda səfərdə olan Fransanın xarici işlər naziri Ermənistana silah satışı ilə bağlı razılıqların əldə olunduğunu bəyan etdi. Bu olduqca təhlükəli yoldur və gələcəkdə qlobal müharibəyə gətirib çıxara bilər. Fransanın Ermənistanı silahlandırması, ilk növbədə erməni xalqı üçün acı sonluqla bitə bilər. Ermənilər başa düşməlidirlər ki, onlar Fransanın əlində marionet rolunu oynayırlar. Bu ölkə, getdikcə beynəlxalq nüfuzunu itirir. Afrikadan qovulur. Tarixən arzuladığı və arzusuna çata bilmədiyi Cənubi Qafqaza girmək istəyir. Düşünürəm ki, indiki geosiyasi şərtlərlə Fransa siyasəti uğursuzluğa düçar olunacaq. Yeni savaşın olması, Fransadan çox, okeanın o tayından asılıdır. Ümumi konsensus olmasa, Fransa buna cürət etməz.

– Nəsib müəllim bir tərəfdən sülh danışıqlarının vacibliyindən danışan Fransa digər tərəfdən Ermənistanı silahlandırmağa başlayıb.  Fransanın Ermənistanı silahlandırılması regionda yenə savaşa yol aça bilərmi?

–  Dünən İrəvanda səfərdə olan Fransanın xarici işlər naziri Ermənistana silah satışı ilə bağlı razılıqların əldə olunduğunu bəyan etdi. Bu olduqca təhlükəli yoldur və gələcəkdə qlobal müharibəyə gətirib çıxara bilər. Fransanın Ermənistanı silahlandırması, ilk növbədə erməni xalqı üçün acı sonluqla bitə bilər. Ermənilər başa düşməlidirlər ki, onlar Fransanın əlində marionet rolunu oynayırlar. Bu ölkə, getdikcə beynəlxalq nüfuzunu itirir. Afrikadan qovulur. Tarixən arzuladığı və arzusuna çata bilmədiyi Cənubi Qafqaza girmək istəyir. Düşünürəm ki, indiki geosiyasi şərtlərlə Fransa siyasəti uğursuzluğa düçar olunacaq. Yeni savaşın olması, Fransadan çox, okeanın o tayından asılıdır. Ümumi konsensus olmasa, Fransa buna cürət etməz.

Vətəninfo.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image