image-reklam-veteninfo
image-4-endokrinologbackend

Gənc qızlar üçün endokrinoloji sağlamlıq mövzusunda dəyirmi masa keçirilib

image-reklam-veteninfo

 

“Gender və Tərəqqi” Maarifləndirmə İctimai Birliyi tərəfindən gənc qızlar üçün endokrinoloji sağlamlıq və qadın sağlamlığı mövzusunda dəyirmi masa keçirilib.

Tədbirdə 25-ə yaxın gənc iştirak edib. Görüş interaktiv formatda təşkil olunub və iştirakçılar endokrinoloji problemlər, hormonal sağlamlıq, sağlam həyat tərzi və şəxsi sağlamlıqla bağlı onları maraqlandıran sualları mütəxəssisə ünvanlayıblar.

Təşkilatın endokrinoloqu tərəfindən iştirakçılara hormonal sağlamlığın qorunması, endokrinoloji problemlərin vaxtında müəyyənləşdirilməsi və mütəxəssisə müraciətin əhəmiyyəti barədə sadə və anlaşıqlı məlumat verilib.

Görüş zamanı çoxsaylı suallar cavablandırılıb, iştirakçılara gündəlik həyatda sağlamlıqlarına diqqət yetirmələri və yaranan problemlər zamanı vaxtında tibbi məsləhət almaları tövsiyə olunub.

“Gender və Tərəqqi” Maarifləndirmə İctimai Birliyi bu cür interaktiv görüşlərin gənclərin sağlamlıqla bağlı düzgün və etibarlı məlumat əldə etməsinə mühüm töhfə verdiyini hesab edir.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki