image-1backend

“Gənc Sahibkarlığa Dəstək” layihəsinə start verilib

image-reklam_sirab_01

Martın 15-də Qubada “Azərbaycan Respublikası Gənc Politoloqlar Mərkəzi” İctimai Birliyinin təşkil etdiyi “Gənc Sahibkarlığa Dəstək” Qış məktəbinə start verilib.

Vətəninfo.az xəbər verir ki, Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəsətəyi ilə təşkil edilən Qış məktəbinin başlıca məqsədi gənclər arasında sahibkarlıq fəaliyyətinin təşviqi, biznes layihələrinin reallaşdırılması istiqamətində mövcud imkanlar və dövlət dəstəyi mexanizmləri haqqında onları məlumatlandırmaqdır.

Üç gün davam edəcək tədbirdə 30-dək gənc sahibkar, startapçılar, habelə bu sahəyə marağı olan gənclər iştirak edirlər.
Tədbir çərçivəsində təşkil ediləcək mədəni proqrama əsasən Quba soyqırımı abidəsinə səfər və Quba rayonu ilə tanışlıq nəzərdə tutulub.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki