10 sentyabr saat 19:00-da Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasında Azərbaycan Dövlət Akademik Musiqili Teatrının birgə təşkilatçılığı ilə “Gəncə və gəncəlilər” layihəsi çərçivəsində ecazkar, məlahətli səsi, yüksək səhnə mədəniyyəti, həssas obraz duyumu ilə qəlblərdə yaşayan, Xalq artisti, professor Mobil Əhmədovun anadan olmasının 93-cü ildönümünə həsr olunmuş konsert proqramı keçiriləcək.
Filarmoniyanın Mətbuat xidmətindən Vətəninfo.az-a verilən məlumata görə, konsert proqramında Gəncə Dövlət Filarmoniyası və Azərbaycan Dövlət Akademik Musiqili Teatrının solistlərinin ifasında sənətkarın repertuarından mahnılar, operettalardan ariyalar səsləndiriləcək.
Biletləri filarmoniyanın kassasından və iTicket.az saytından əldə etmək mümkündür.