image-1backend

Gəncə Dövlət Filarmoniyasında “Ruhun qidası” adlı konsert proqramı baş tutub

image-reklam_sirab_01

Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasında Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən Üzeyir Hacıbəyli XVI Beynəlxalq Musiqi Festivalı çərçivəsində “Ruhun qidası” adlı konsert proqramı baş tutub.

Filarmoniyadan Vətəninfo.az-a verilən xəbərə görə, konsertdə gənc kamança ifaçısı, Prezident təqaüdçüsü, respublika və beynəlxalq müsabiqələr laureatı Mədinə Şahgəldiyeva və gənc pianoçu, respublika və beynəlxalq müsabiqələr laureatı Nərmin Rzayeva tamaşaçılar qarşısında çıxış ediblər.

Gecədə Üzeyir Hacıbəylinin “Koroğlu” operasından Cəngi, Şur muğamı, Sevda İbrahimovanın “Məhəbbət işığı” pyesi, Bethovenin sonatası, Bela Bartokun “6 Rumın rəqsi”, Tural Məmmədlinin “Tənha yolçu”, Dadaş Dadaşovun “Mədinənin sehrli kamanı” əsərləri səsləndirilib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image