Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasında görkəmli bəstəkar, Xalq artisti Səid Rüstəmovun mahnılarından ibarət konsert proqramı baş tutacaq.
Bu barədə Vətəninfo.az-a filarmoniyadan məlumat verilib.
Bildirilib ki, gecədə Xalq artisti Sevinc İbrahimova, Əməkdar mədəniyyət işçisi Mehparə Cəfərova, Əməkdar artistlər Kəmalə Tağızadə, Tural Abdullayev, solistlər Vasif Bayramov, Rüstəm Cəfərov “Oxu tar”, “Bahar olsun”, “Alagöz “, “Qurban adına”, “Hardasan”, “İntizar”, “Gəlmədin”, “Şeir deyilmi”, “Bilmədin”, “Səhər nəğməsi”, “Sənindir”, “Getmə-getmə”, “Azərbaycan” mahnılarını ifa edəcəklər.
Qeyd edək ki, 29 sentyabr saat 19:00-da keçiriləcək konsertin biletlərini filarmoniyanın kassasından və iticket.az saytından əldə etmək mümkündür.