30, 31 may və 1 iyun tarixlərində Azərbaycanda ilk dəfə olaraq Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyası Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi, Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsinin, Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin təşkilatçılığı ilə bəstəkarlıq məktəbinin görkəmli nümayəndəsi, Gəncə torpağının yetirməsi, əbədiyaşar Qəmbər Hüseynli adına I “Cücələrim” Uşaq Festivalını təqdim edəcək.
Filarmoniyadan Vətninfo.az-a verilən xəbərə görə, festivalın əsas məqsədi uşaqların musiqi dünyasının zənginləşdirilməsi, uşaq mahnılarını təbliğ etməkdir.
Festival çərçivəsində uşaq mahnılarından ibarət konsert proqramları, uşaq xorlarının çıxışı, əl işlərindən ibarət sərgi baş tutacaq.
1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günündə Gəncə şəhərində uşaqların musiqi paradı keçiriləcək.