image-3backend

Gəncədə “Nizami klassik musiqidə” adlı gecə təşkil olunub

image-reklam_sirab_01

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Gəncə Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə Gəncə şəhərində dahi Azərbaycan şairi və mütəffəkiri Nizami Gəncəvinin xatirəsinə həsr olunmuş “Nizami günləri” layihəsi davam edir.

Gəncə Dövlət Filarmoniyasından Vətəninfo.az-a verilən məlumata görə, layihənin növbəti günündə “Nizami klassik musiqidə” adlı gecə təşkil olunub.

Dirijor, Xalq artisti Rafael Bayramovun rəhbərliyi ilə Gəncə Dövlət Filarmoniyasının Kamera Orkestrinin müşayiəti ilə Xalq artisti Sevinc İbrahimova, Əməkdar artist Tural Abdullayev, solistlər Rüstəm Cəfərov, Elmir Pişnamazadə, Samir Məmmədov, Vasif Bayramov, Zəminə Mustafayeva dahi şair Nizami Gəncəvinin sözlərinə bəstələnmiş əsələri ifa ediblər. Dahi bəstəkar Üzeyir Hacıbəyliyə məxsus “Arazbari” ilə başlayan gecədə bəstəkarın “Sənsiz”, “Sevgili canan”, Fikrət Əmirovun “Gülüm”, Cahangir Cahangirovun “Gül camalın”, Tofiq Quliyevin “Gözüm aydın gözümə”, Süleyman Ələsgərovun “Sərvi xuramanım mənim” əsərlərini, həmçinin qiraətçilər Lalə Həsəncan, Məhəmməd Hacıyev Nizaminin qəzəllərini səsləndiriblər.

Gecə tamaşaçılar tərəfindən böyük rəğbətlə qarşılanıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image