Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov rayonun şəhər, qəsəbə və kəndlərində vətəndaşların səyyar qəbullarının keçirilməsini davam etdirir. Göycəli kənd tam orta məktəb binasında təşkil olunan növbəti vətəndaş qəbulunda başçının müavinləri və aparatının şöbə müdirləri, rayonun hüquq-mühafizə strukturlarının rəhbərləri, aidiyyəti təşkilatların nümayəndələri və kənd sakinləri iştirak ediblər.
RİH başçısı ölkəmizin çiçəklənməsi və tərəqqisi naminə Prezident İlham Əliyevin yürütdüyü uğurlu daxili və xarici siyasətdən, dinamik sosial-iqtisadi inkişafdan, işğaldan azad olunmuş Qarabağ iqtisadi zonasında sürətlə davam edən nəhəng quruculuq işlərindən, Böyük Qayıdış konsepsiyasından söz açıb. Həmçinin ölkə rəhbərliyinin müvafiq tapşırıqlarına uyğun olaraq Ağstafa rayonunun inkişafı və əhalinin sosial rifahının yaxşılaşdırılması məqsədi ilə icra olunan abadlıq-quruculuq və digər sosial infrastruktur layihələrdən bəhs olunub.
Səyyar qəbulda vətəndaşlar tərəfindən qaldırılan hər bir məsələ nəzarətə götürülüb və həlli yolları müəyyən edilib. Aidiyyəti üzrə məsul şəxslərə müvafiq tövsiyələr və konkret tapşırıqlar verilib.