image-1backend

Güclü külək 2 nəfəri xəstəxanalıq etdi

image-reklam_sirab_01

Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna güclü küləkdə xəsarət alan iki nəfər müraciət edib.

Vətəninfo.az xəbər verir ki, bu barədə APA-ya İnstitutdan məlumat verilib.

Bildirilib ki, xəsarət alanlardan 1991-ci il təvəllüdlü kişiyə sağ mil sümüyünün başının sınığı, sağ pəncənin daraq sümüklərinin əsasının sınığı, 1971-ci il təvəllüdlü qadına isə döş qəfəsinin, mil bilək oynağının və hər iki diz oynağının əzilməsi, sol dizin ön səthinin sıyrılmış yarası diaqnozu qoyulub.

“Hər iki şəxs ilkin yardım göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıblar”, – deyə məlumatda qeyd edilib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki