image-1backend

Günəşdə maqnit qasırğası olacaq

image-reklam_sirab_01

Vətəninfo.az xəbər verir ki, Günəşdə “M-sinif” emissiyası baş verib və bu, Cənubi Sakit okean regionunda qısa dalğalı radio rabitəsi üçün geniş problemlər yaradıb. Emissiyanın yaratdığı güclü maqnit qasırğası xüsusilə Avstraliya və Cənub-Şərqi Asiya ölkələrində əhəmiyyətli idi. Dənizçilər və radio həvəskarları 30 meqahers tezliyindən aşağı siqnalların bütün bir saat ərzində itdiyini gördülər.

Radio rabitəsinin müvəqqəti itməsi Günəşdəki partlayışdan cəmi səkkiz dəqiqə sonra Yerə çatan güclü rentgen və ultrabənövşəyi şüaların nəbzi ilə əlaqələndirildi. Spaceweather-in məlumatına görə, bu şüalanma öz növbəsində yer atmosferinin yuxarı təbəqələrində ionlaşmaya səbəb olub.

Bundan əlavə, Günəşdən saatda 400 km hərəkət sürətinə malik nəhəng plazma təbəqəsi ayrılıb. Yerə çatarsa, maqnit sahəsinin gərginliyinə səbəb ola, peyklərin işini poza və yuxarı enliklərdə aurora kimi özünü göstərə bilər. Bu, planetimiz üçün təhlükəli deyil, çünki partlayış Günəşin cənub qütbünün yaxınlığında baş verib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image