image-1backend

“WhatsApp”da çoxdan gözlənilən funksiya gəlir

image-reklam_sirab_01

Vətəninfo.az xəbər verir ki, “WhatsApp”da “Sevimli kontaktlar” funksiyası istifadəyə veriləcək.

İstifadəçilər bu kateqoriyaya kontaktları əl ilə seçərək əlavə edə biləcəklər. Bu funksiyanın çox sayda mesaj yazan və zəng edənlər üçün faydalı olacağı bildirilir.

Qeyd edək ki, 180-dən çox ölkədə 2 milyarddan çox insan istənilən vaxt və hər yerdə dostları və ailəsi ilə əlaqə saxlamaq üçün “WhatsApp”dan istifadə edir. “WhatsApp” ödənişsizdir və bütün dünyada telefonlarda mövcud olan sadə, təhlükəsiz, etibarlı mesajlaşma və zəngetmə xidmətlərini təklif edir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki