image-2backend

Hadrut və Tuğ kəndinin daxili yollarının tikintisi üçün 13 mln. manat xərclənəcək

image-reklam_sirab_01

Xocavənd rayonunun Hadrut qəsəbəsi və Tuğ kəndində daxili yolların tikintisi üçün 13 milyon manata yaxın vəsait xərclənəcək.

Vətəninfo.az xəbər verir ki, Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti bununla bağlı sentyabrın 16-da tender keçirib.

Hadrut qəsəbəsi və Tuğ kəndinin sahədaxili mühəndis kommunikasiyaları sistemləri (su, kanalizasiya və qaz xətləri), daxili yol və səkilərin tikinti-quraşdırma işlərinin satın alınması üzrə tenderin qalibi “İnşaatçı-Neftçi” MMC seçilib. Şirkətlə 12 milyon 933,4 min manat dəyərində müqavilə imzalanıb.

Qeyd edək ki, “İnşaatçı-Neftçi” MMC 2003-cü ildə dövlət qeydiyyatına alınıb. Onun qanuni təmsilçisi Faiq Zeynalov Səmid oğlu, nizamnamə kapitalı isə cəmi 10 manatdır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image