image-63f6fbd44f1bebackend

Hakan Calhanoğlu: “ Bu mükafatı zəlzələ qurbanlarına ərməğan edirəm”

image-reklam_sirab_01

UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyunlarına yekun vurulub. Vətəninfo.az  xəbər verir ki, sonuncu oyun günündə iki qarşılaşma baş tutub.

İlk oyun İtaliyada “İnter” və Portuqaliyanın “Portu” komandası arasında keçirilib. Qarşılaşmanın baş hakimi serbiyalı Srcan Yovanoviç olub. İtaliya təmsilçisi bu oyunun son dəqiqələrində vurduğu yeganə qol sayəsində cavab matçı öncəsi üstünlük qazanıb.

Milli futbolçu Hakan Calhanoğlu 90-cı dəqiqədə vurduğu qol ilə qarşılaşmanın ən dəyərli oyunçusu mükafatına layiqli hesab edildi. Calhanoğlu, Instagram hesabında paylaşdığı açıqlamasında: “ Bu mükafatı ölkəmdə zəlzələdən zərərçəkən bütün vətəndaşlarıma ərməğan edirəm. Ağlım və ürəyim sizinlədir”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki