Mütləq Döyüş Çempionatının (UFC) keçmiş çempionu, Dağıstanlı Həbib Nurməhəmmədov hələlik idmanı buraxmasa da yenidən döyüş qəfəslərinə qayıtmaq istəmədiyini bildirib.
Vətəninfo.az xəbər verir ki, Nurməhəmmədov Londonda Eman Channel YouTube kanalında yayımlanan xeyriyyə gecəsində çıxışı zamanı “Mən bunun baş verəcəyini düşünmürəm. Mən idmanı buraxmıram, sadəcə məşq edirəm. 60 yaşım olanda da məşq edəcəm, amma o ana qədər yaşamalıyam. Bir çox təqaüdçü döyüşçülər idman üçün darıxdıqlarını və geri qayıtmaq istədiklərini deyirlər. Gələcəkdə nə olacağını bilmirəm, amma indi belə hisslərim yoxdur “deyib.
Qeyd edək ki, Nurməhəmmədov MMA-da 29 döyüş keçirib və hər birində qalib gəlib. O, son döyüşünü 2020-ci ilin payızında amerikalı Justin Gaethje-ni məğlub edərək keçirib.
Döyüşdən dərhal sonra o, peşəkar karyerasını başa vurduğunu elan edərək, anasına atası olmadan döyüşməyəcəyinə söz verdiyini bildirmişdi.Nurməhəmmədov təqaüdə çıxdıqdan sonra Eagle FC promosyonunu təsis edib.