image-1618224032_16182229244053811893_1000x669backend

Həqiqət gec-tez hamıya məlum olur.

image-reklam_sirab_01

Azərbaycan qədim tarixə malik bir dövlətdir. Bu tarix əsrlə deyil, minilliklərə hətta miladdan öncələrə gedib çıxır. Qədim türk dövlətlərindən olan Azərbaycan qədimliyi, zənginliyi ilə hər zaman məftun edici olub. Tarixi, zəngin təbiəti, dini dəyərləri, qədim abidələri ilə həmişə göz oxşayıb. Ədəbiyyatı, musiqisi, incəsənəti ilə hamını heyran qoyub.

Bəli, bu gözəl, möhtəşəm diyarın tarixi bir o qədər də keşməkeşlidir. Azərbaycan hər zaman mübarizə meydanı olub. Onun  zənginliyi daima başqa ölkələrin marağını cəlb edib. Qədimdən ta bu günədək :fars, ərəb, monqol, rus, erməni… say-say bitməz düşmənləri olub və bəziləri olacaqda. Şükür ki, hər biri ilə baş etmişik. Bizim bir türk, bozqurd olduğumuzu unutduqlarinda beyinlərinə qazıyaraq yadlarına salmışıq. Əfsuslar olsun ki, dərs almaqdan yorulmayan, mərdcəsinə yox, namərdcə hücumlarına məruz qalmışıq, amma hər zaman dik duruşumuz ilə, məğrur görkəmimiz ilə onları təəccübləndirmişik. Çünki:

Biz əzəldən bəridir hür yaşadıq, hür yaşariq.

Hansı çılğın bizə zəncir vuracaqmiş, Şaşarıq!

Kükrəmiş sel kimiyik, bəndimizi çeynər, aşarıq.

Yirtarıq dağları, ənginlərə sığmarıq, daşarıq.

Müstəqil Azərbaycan ildən-ilə güclənir, sürətlə inkişaf edir. Aparılan iqtisadi siyasət sayəsində Azərbaycanın makroiqtisadi inkişafında dayanıqlıq təmin edilib və bir çox dövlətlərin uzun müddət ərzində əldə edə bilmədiyi yüksəliş tempinə nail olunub. Bu gün iqtisadiyyatda əldə edilmiş inkişafın və çoxsaylı nailiyyətlərin nəticəsi olaraq Azərbaycan keyfiyyətcə yeni pilləyə – modernləşmə mərhələsinə qədəm qoyub.

Keçid dövrünün ilk illərində müharibə, qeyri-sabit siyasi şərait və tənəzzüllə üzləşmiş Azərbaycan digər ölkələrə nisbətən daha ağır vəziyyətdə idi. Ermənistan dövləti tərəfindən aparılan təcavüzkar siyasətin nəticəsində bir milyondan artıq azərbaycanlı doğma yurdlarından qovularaq qaçqın və məcburi köçkün şəraitində yaşamağa məhkum edilmişdi. Azərbaycanın hərbi təcavüz, daxili çəkişmələr, iqtisadi tənəzzüllə üzləşdiyi bir vaxtda iqtisadiyyatın bütün göstəriciləri neqativ meyillərlə xarakterizə olunurdu. Belə ki, 1991-1993-cü illərdə ölkə iqtisadiyyatında ÜDM-in istehsalında artım əvəzinə hər il azalma müşahidə edilirdi. İstehsal sahələrinin sıradan çıxması nəticəsində işsizliyin səviyyəsi xeyli yüksəlmişdi. Həmin dövrdə maliyyə-bank sistemi iflic vəziyyətdə idi. Tədavülə buraxılmış milli valyuta – manat qiymətdən düşmüşdü. Ölkədə inflyasiya özünün pik səviyyəsinə çatmış, iqtisadiyyata xarici sərmayə qoyuluşları tamamilə dayanmışdı.

İnkişafa aparan yol heç də hamar olmayıb.

Müstəqilliyinin ilk illərində Azərbaycan dövləti bir çox siyasi və iqtisadi problemlərlə üzləşib. Belə ki, uzun müddət ərzində Sovetlər birliyinin tərkibində olduğundan Azərbaycan iqtisadiyyatı vahid məkan çərçivəsində inkişaf edirdi. Sovetlər ittifaqının dağılması ilə planlı sosialist sistemində birgə fəaliyyət göstərmiş müttəfiq respublikalar arasında dezinteqrasiya prosesləri başlandı. Dövlət müstəqilliyini əldə etmiş ölkələrdə, o cümlədən Azərbaycanda yeni bir tarixi mərhələnin – keçid dövrünün əsası qoyuldu.

Azərbaycan bu il ən böyük qələbəsini qazandı. Tarixidə olan adımız bir daha qızıl hərflərlə yazıldı. Biz Qarabağımızı mənfur düşmənlərimizdən qanımız, canimiz bahasına geri aldıq.

Onlar “Qarabağ bizimdir” deyirdilər. Amma bilmirdilər ki, əgər bir torpaqda sənə aid bir iz yoxdursa, sənə aid bir damcı belə axan qan yoxdursa, o sənin torpağın heç vaxt ola bilməz!

Bunu Azərbaycanın qəhrəman oğulları bir daha onlara sübut etdi. Əgər bir şey sənin deyildirsə, orda mübarizcəsinə can verə bilməzsən, ancaq qaça bilərsən. Bu gün ermənilər məhz bunu etdi. Biz onları “iti qovan kimi qovduq”. Qorxulu yuxuları olan Azərbaycan əsgəri onları silahı ataraq qaçmağa sövq etdi. Lakin biz Azərbaycanlıların Qarabağ məsələsi hələ 1800-cu illərdən başlamışdı. Rusların erməniləri Qarabağ bölgəsində məskunlaşdırması bir növ gələcəkdə açılacaq problemlərə işarə edirdi.

Azərbaycanda yürütdüyü siyasət ilə tarix yazan Heydər Əliyev  hakimiyyətə gəldiyi gündən bu problemi həll etməyə çalışmışdır. Dahi şəxs hər addımda erməniləri ətrafımızda uzaqlaşdırmağa çalışmiş və bunu bacarmışdır. Lakin Azərbaycanda yürütdüyü uğurlu siyasətdən və Azərbaycanın inkişafindan narahat olan düşmənlər hər vasitə ilə buna maneə olmağa çalışmışdır. Əli – qolu uzun olan ermənil separatizmi yalan – yanlış məlumat yaymağa artıq o vaxtdan başlamışdır. Ancaq onlar nə etsələrdə dünən, dünəndə qaldı. Heydər Əliyevin əkdiyi toxumlar öz bəhrəsini verdi. Heydər Əliyevin uğurlu davamçısı İlham Əliyev öz siyasəti ilə hər sahədə sözünü dedi. İstər iqtisadi, istər siyasi, istərsə də hərbi sahədə Azərbaycan həmişə öz sözünü deyib və dünya miqyasında həmişə tanınan ölkələrdən olub və olacaq. Öz sözlərimi Sədaqət Əhmədovanın möhtəşəm sətrləri ilə tamamlamaq istəyirəm.

Amanova Dürdanə Əziz qızı


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki