image-reklam-veteninfo
image-1backend

Ukrayna daha uzunmüddətli müharibəyə hazırlaşır-Zelenski

image-reklam-veteninfo

Ukrayna Prezidenti Vladimir Zelenski Ali Radaya ölkədə hərbi vəziyyət və ümumi səfərbərlik müddətlərinin uzadılması ilə bağlı qanun layihələrini təqdim edib. Vətəninfo.az xəbər verir ki, bu barədə RBC-Ukraine parlamentin rəsmi saytına istinadən məlumat verir.

Söhbət dövlət başçısının müvafiq fərmanlarının təsdiq edilməsi üçün nəzərdə tutulan 15197 və 15198 nömrəli qanun layihələrindən gedir.

Sənədin mətnində deyilir: “Ukrayna Prezidentinin 27 aprel 2026-cı il tarixli “Ümumi səfərbərlik müddətinin uzadılması haqqında” Fərmanı təsdiq edilsin. Qanun 4 may 2026-cı il tarixindən qüvvəyə minir”.

Bu layihələr Ali Rada tərəfindən qəbul edildikdən və prezident tərəfindən imzalandıqdan sonra hərbi vəziyyət və səfərbərlik daha 90 gün, 2 avqust 2026-cı ilə qədər uzadılacaq.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki