image-reklam-veteninfo
image-1backend

Joze Mourinyo İtaliya millisində işləyə bilər- Özü açıqladı

image-reklam-veteninfo

Portuqaliyalı tanınmış baş məşqçi Joze Mourinyo İtaliya millisində işləmək ehtimalı ilə bağlı səslənən suallara münasibət bildirib.

Vətəninfo.az xəbər verir ki, Mourinyo bu fikirləri Sky Sport nəşrinə açıqlamasında səsləndirib. Təcrübəli mütəxəssis qeyd edib ki, ona İtaliya yığmasını çalışdırmaq istəyi ilə bağlı sual ünvanlanıb, lakin bu komandaya xarici məşqçinin lazım olmadığını düşünür:

“Məndən İtaliya millisinin baş məşqçisi olmaq istəyib-istəmədiyimi soruşdular. Məncə, sizə xarici mütəxəssis lazım deyil. Sizin Maks Alleqri, Antonio Konte kimi güclü məşqçiləriniz var”.

Mourinyo həmçinin Portuqaliya futbolunun inkişaf modelinə də toxunub. O bildirib ki, əhalisi cəmi 10 milyon olan ölkənin davamlı olaraq dünya çempionatlarına vəsiqə qazanması təsadüfi deyil:

“Bir çoxları 10 milyon əhalisi olan Portuqaliyanın hər dəfə Dünya Çempionatına yollanmasına və bu qədər istedadlı futbolçular yetişdirməsinə təəccüblənir. Bizim ölkəyə gəlib uşaq və yeniyetmələr arasında turnirlərin necə təşkil olunduğuna, komandalar üçün yaradılan şəraitə baxmaq lazımdır. Bunu sözlə ifadə etmək çətindir – gəlib yerində görmək lazımdır”.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki