İsrail qüvvələri son 24 saat ərzində Livanın cənubunda təxminən 40 hədəfə zərbə endirib.
Vətəninfo.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin mətbuat xidməti məlumat yayıb.
“Son bir gün ərzində İsrail Müdafiə Qüvvələri Livanın cənubunun müxtəlif ərazilərində Hizbullahın 40-dan çox infrastruktur obyektinə zərbələr endirib və onları məhv edib. Vurulan hədəflər arasında komandanlıq mərkəzləri, hərbi strukturlar və əlavə obyektlər var”, – deyə İsrail Müdafiə Qüvvələrinin Telegram kanalında dərc olunmuş bəyanatında bildirilir.
Qurum həmçinin bir neçə şübhəli hava hədəfini “tutmağı” və onların Livandan İsrailə keçməsinin qarşısını almağı bacardığını açıqladı.
Bundan əlavə, İsrail hava hücumundan müdafiə sistemləri Livanın cənubunda bir hava hədəfini vurub.Livan mediasının məlumatına görə, İsrailin Nəbatiyyə əl-Fəvqa şəhərində təşkil etdiyi hava hücumunda iki nəfər həlak olub, İsrail ordusunun hücumları və artilleriya zərbələri isə Tayri və Haris kəndlərində davam edib.


























