image-fb_img_1730463872288backend

Həyat onu sınadı – Fikrət Quliyev

image-reklam_sirab_01

1972-ci ildə Şamil Mahmudbəyovun lentə aldığı “Həyat bizi sınayır” filmi bizim gənclik illərimizin ən sevimli filmi idi. Şahmar Ələkbərov, Amaliya Pənahova, Eldəniz Zeynalov, Xuraman Qasımova kimi məhşurların rol oynadığı film yazıçı Vidadi Babanlının eyniadlı povesti əsasında ekranlaşdırılmışdır. Filmin ssenari müəllifi Vidadi Babanlı və Mixail Papova, operatoru isə Arif Nərimanbəyovdur.

Filmdə baş rolun-Rəşidi oynayan gənc Fikrət Quliyev o dövrdə yeganə tələbə və eyni zamanda aktyor idi ki, bir neçə xarici dildə sərbəst danışırdı . Fikrət İncəsənət Universitetində təhsil alırdı. İçərişəhərli Quliyevlər nəslindən idi. Savadlı, intellektual, mədəni, bir necə dil bilən yeganə tələbəydi.
Fikrət Quliyevin Rəşid obrazı üçün kəşf edilməsindən əvvəl bu rolda onlarla gənc aktyor yoxlanıb
Onun real həyatda utancaq bir insan olması da rejissorun xoşuna gəlir və Fikrətin ifasında bir neçə epizodu çəkərək Bədii Şuranın baxışına təqdim edilir. Bədii Şuranın üzvləri də Fikrətin ifasını qəbul edərək onu Rəşid obrazına təsdiq etdilər.
Gənc aktyor Fikrət Quliyev sonralar aktyorluq sənətini davam etdirməyib. Ona məhşurluq gətirən “Həyat bizi sınayır” filmindən təxminən 2-3 il sonra maşın qəzasına düşüb. Əlində, ayağında, qabırğasında qüsurlar qaldığına görə filmlərə çəkilə bilməyib – yalnız 2-3 epizodik roldan başqa. Onlardan biri də 1984-cü ildə çəkilən “Gümüşgöl Əfsanəsi” filmi idi. Orda Səfər obrazını oynayıb.
Sonra isə kinostudiyada kino-aktyor studiyasında assistent işləməyə başlayıb. Ailəsinin bütün üzvlərini itirir, əvvəlvə valideyinləri, sonra isə bacısı ardıcıl olaraq vəfat edirlər. Həyatının qara günlərindən xilas etmək üçün Azərbaycandan köçür və unudulur. 35 yaşında isə rəhmətə gedir.
Çox təəssüf ki, isdedatlı bir aktyor, zadəgan ailəsinin övladı, o dövrün poliqlot gənclərindən biri olan Fİkrət Quliyev unudulubdur.

Zaur Əliyev


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image