image-reklam-veteninfo
image-6260de4250c6c6260de4250c6d16505155226260de4250c6a6260de4250c6bbackend

Hindistan ukraynalılara yardım aparan təyyarəni qəbul etməyib

image-reklam-veteninfo

Hindistan hökuməti ukraynalı qaçqınlara humanitar yardım aparacaq Yaponiya hərbi təyyarələrinin ölkə aeroportlarından yük götürməsinə icazə verməyib.

Veteninfo.az-ın Kyodo agentliyinə istinadla xəbərinə görə, rəsmi Tokio bunu koordinasiyanın yetərsiz olması ilə izah edib.

BMT-nin müvafiq qurumları ilə əldə edilmiş razılığa görə, ukraynalılar üçün nəzərdə tutulmuş humanitar yükləri götürmək üçün Yaponiya təyyarələri Hindistan və BƏƏ-nin hava limanlarına enməli idi. Buradan yük götürən təyyarələrin istiqaməti Polşa və Rumıniya idi. İşçi görüşdə bu varianta razı olan Hindistan aprelin 20-də razılıqdan qəti şəkildə imtina edib.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki