image-48backend

Hindistanda Baş Qərargah rəisinin içində olduğu helikopter qəzaya uğrayıb

image-reklam_sirab_01

Göyərtəsində Hindistan Müdafiə Nazirliyi Baş Qərargının rəisi Bipin Ravatın da olduğu helikopter qəzaya uğrayıb.

Vətəninfo.az “India Today”ə istinadən xəbər verir ki, helikopterin göyərtəsində daha 3 yüksək rütbəli hərbçi olub.

Bildirilib ki, hadisə dekabrın 8-də Hindistanın Tamçiland ştatında baş verib.

Məlumata görə, hadisə yerində 3 yaralı aşkar olunub, 4-cü şəxsin axtarışı davam edir.

Qeyd edək ki, Müdafiə Nazirliyinin Baş Qərargah rəisi ştatı 2019-cu ilin dekabrında yaradılıb. O, Hindistan ordusunun Quru Qoşunları, Hərbi Hava Qüvvələri və Hərbi Dəniz Qüvvələrinin fəaliyyətini əlaqələndirir. O, müdafiə texnologiyası və texnikanın alınması məsələlərini də koordinasiya edir. General Bipin Ravat bu posta təyin olunmuş ilk şəxsdir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki