image-46backend

İbrahim Kalın: “Ukraynada hərbi qarşıdurma kimsənin xeyrinə deyil”

image-reklam_sirab_01

“Hərbi toqquşma, Rusiyanın Ukrayna torpaqlarına girməsi, Ukraynada hərbi qarşıdurma kimsənin xeyrinə deyil. Bu, regionda qarşıdurmanı daha da artıracaq”.

Vətəninfo.az xəbər verir ki, bunu Türkiyə Prezident Administrasiyasının sözçüsü İbrahim Kalın deyib.

“Onsuz da bu qarşıdurmaya görə yüzlərlə ukraynalı həlak olub. Bizim prinsip etibarilə, əlbəttə, Rusiya ilə yaxşı münasibətlərimiz var. Amma eyni zamanda Ukraynın ərazi bütövlüyünün qorunması məsələsində də mövqeyimiz var. Bəzi ölkələrin Ukrayna, bəzilərinin isə Rusiya ilə əlaqələri yaxşı deyil. Amma Prezidentimizin həm cənab Vladimir Putinlə, həm də cənab Volodimir Zelenski ilə kifayət qədər yaxşı münasibəti var. Beynəlxalq ictimaiyyət də bu məsələdə diqqətli olmalıdır. Qarşıdurmanı artıracaq yox, əksinə, azaldacaq bəyanatlara, yanaşmaya ehtiyac var”, – o bildirib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki