image-1backend

İbtidai siniflərdə riyazi biliklərin təkmilləşdirilməsi layihəsinin bağlanış tədbiri keçirildi – FOTOLAR

image-reklam_sirab_01

11 iyun 2024 – cü il tarixində 298 nömrəli məktəbin akt zalında Elm və Təhsil nazirliyinin həyata keçirdiyi VII qrant müsabiqəsi çərçivəsində məktəb kateqoriyası üzrə qalib olmuş” İbtidai siniflərdə riyazi biliklərin təkmilləşdirilməsi ” layihəsinin bağlanış tədbiri keçirildi.
Tədbirdə valideyinlər , müəllimlər və uşaqlar iştirak etdi.
Əvvəlcə layihəyə həsr olunmuş videoçarx izləndi.
Daha sonra məktəbin direktoru , layihə rəhbəri Hacıyeva Xatirə çıxış etdi. O, bildirdi ki ,
“İbtidai siniflərdə riyazi biliklərin təkmilləşdirilməsi” qrant layihəsi çərçivəsində, şagirdlərin riyazi biliklərinin artırılması üçün Khan Academy onlayn platformasından istifadə olunub. Layihə, müasir təhsil metodlarının tətbiqini təşviq edərək, şagirdlərin riyazi biliklərini daha dərin və əhatəli şəkildə öyrənmələrini təmin edir. Khan Academy, müxtəlif yaş qruplarına və fərqli səviyyələrdə olan şagirdlərə uyğun məzmun təqdim edərək, onların riyaziyyat üzrə anlayışlarını və praktiki bacarıqlarını inkişaf etdirmələrinə kömək edir. Layihənin əsas məqsədi, riyaziyyat dərslərini daha əyləncəli və maraqlı hala gətirərək, şagirdlərin bu fənnə olan marağını artırmaq və onların akademik uğurlarını yüksəltməkdir. Eyni zamanda, rəqəmsal texnologiyaların təhsilə inteqrasiyası ilə, şagirdlər informasiya-kommunikasiya texnologiyaları sahəsində də yeni bacarıqlar əldə edə bilirlər və bu da onların gələcək təhsil və karyera həyatlarında əhəmiyyətli rol oynayacaq.
O nitqində layihə çərçivəsində görülən işlərdən danışaraq qeyd etdi ki , İlkin mərhələdə
Khan Academy platformasının tanıdılması və planşetlərdə quraşdırılması təmin olunub.
Sinif otaqlarında Khan Academy platformasının istifadəsinə dair məlumat sessiyaları təşkil edilib , şagirdlər və müəllimlər üçün platformanın necə istifadə olunacağı barədə təlimatlar keçirilib. Eyni zamanda müəllimlərə də təlim keçildiyini bildirərək , onlar üçün xüsusi təlim proqramı hazırlandığını , təlimdə, mentor tərəfindən müəllimlərə onlayn platformanın imkanları, şagirdlərin irəliləyişini izləmək və qiymətləndirmək yollarınin öyrədildiyini deyib.
Şagirdlərin platformada qeydiyyatı həyata keçirilib , hər birinə fərdi hesablar yaradılıb. Bu hesablar vasitəsilə təlimlər zamanı onların irəliləyişi izlənilib.Mütəmadi olaraq şagirdlərə platformadakı yeniliklər barədə məlumatlar verilərək, onların sualları cavablandırılıb.
Sonda Xatirə Hacıyeva layihə çərçivəsində əldə edilən nailiyyətlərdən danışdı.Bildirdi ki , layihə çərçivəsində şagirdlər, özlərinə uyğun sürətlə və uyğun vaxtda öyrənmə imkanına malik olublar, bu da onların fərdi öyrənmə ehtiyaclarını qarşılamağa kömək edir. Bundan əlavə, interaktiv dərslər, video təlimatlar və praktiki tapşırıqlar vasitəsilə şagirdlər yalnız nəzəri bilikləri deyil, həm də tətbiqi bacarıqlar qazanıbar. Müəllimlər isə bu prosesdə şagirdlərin irəliləyişini izləyərək, onların hansı sahələrdə əlavə dəstəyə ehtiyac duyduqlarını müəyyən edə bilirlər.Layihə müddətində şagirdlərin riyazi biliklərinin və bacarıqlarının əhəmiyyətli dərəcədə yaxşılaşdığı müşahidə edildi.Şagirdlər problemləri daha sürətli və dəqiq həll etməyə başladılar, riyaziyyatla bağlı özlərinə inamları artdı.Şagirdlər öz fərdi sürətlərinə uyğun olaraq öyrəndikləri üçün hər birinin tədris materialını daha yaxşı mənimsədiyi görüldü. Zəif şagirdlər üçün əlavə dəstək və daha yüksək səviyyədə olan şagirdlər üçün əlavə çətinliklər təmin olundu. Khan Academy platformasının istifadəsində əhəmiyyətli artım oldu. Şagirdlər müntəzəm olaraq platformadan istifadə edərək dərslərini tamamladılar. Müəllimlər də platformadan aktiv istifadə edərək, şagirdlərin irəliləyişini izlədilər və lazım olduqda fərdi dəstək verdilər.
Müəllimlər yeni texnologiyalar və onlayn tədris metodları barədə ətraflı biliklər əldə etdilər. Rəqəmsal alətlərin tədris prosesində istifadəsi müəllimlərin dərs planlamasını və şagirdlərin irəliləyişini izləməsini asanlaşdırdı.
Məktəbin direktoru gələcəkdə də konülülük əsasında məktəbdə layihənin icra olunacağını qeyd etdi. Layihədən yararlanan 240 şagirdə sonda sertifikatlar təqdim olundu , xatirə şəkli çəkildi.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki