image-photo-2021-12-09-15-11-55backend

      İLLƏRİN ZƏFƏRİ

image-reklam_sirab_01

Neçə illik həsrət axır ki,10 noyabr 2020-ci il tarixində sona çatdı. Torpaqlarının ətrini burnunda tutmuş minlərlə insan nəhayət öz yurd-yuvalarına çatdı.Bu qələbədən sonra Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev demişdir ki, Bundan sonra Azərbaycan yalnız inkişaf edib,çiçəklənəcək.Həsrətlə yolunu gözlədiyimiz səfalı torpaqlarımıza həyat qaytaracağıq.Biz Azadlıq meydanında çox parad keçirmişik lakin 10 dekabr 2020-ci il tarixində keçirilən bu parad Zəfər paradıdır.Bu isə tarixi hadisədir və bu hadisənin şahidi biz-Azərbaycan xalqıdır.

Azərbaycan tarixinə qızıl hərflərlə həkk olunmuş bu paradda 3000 Azərbaycan əsgəri və zabitləri ilə yanaşı qardaş türk əsgərləri və zabitləri də canla-başla iştirak etmişdir.Bundan əlavə olaraq paradda 150-dək texniki,raket və artilleriya qurğuları da nümayiş etdirilmişdir.Parad vasitəsilər Şanlı ordumuzun və ölkəmizin hərbi qüvvəti də nümayiş olunmuşdur.Bu möhtəşəm paradı Azərbaycan Respublikasının Ali Baş Komandanı cənab Prezident İlham Əliyev və qardaş Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan qəbul etmişdir. Həmçinin  paradda yerli və xarici qonaqlar,diplomatik korpusun nümayəndələri də iştirak etmişdir.

Ali baş komandanın bu əmrini gözləyən xalq 44günlük müharibədən sonra öz arzularına çatdılar.Müharibə dövründə xalq dəmir yumruq olaraq olaraq öz gücünü,qüdrətini göstərdi.Bu qələbənin qazanılmasında və 44gün ərzində qardaş Türkiyə bizim hər saniyə yanımızda oldu.Azərbaycan Silahlı Qüvvələri  öz qəhrəmanlığını göstərərək müharibənin ilk saatlarından erməniləri məhv etməyə başladılar.Onlar yalnız canlı qüvvəni deyil,ermənilərin öz ordularının yeniməzliyi haqqında yaratdıqları mifi də məhv etdilər.

Zəfər Paradı ilə yanaşı Şuşa şəhəri azad edildikdən sonra  Zəfər Bayrağı da buraya gətirərək göylərə qaldırıldı.

Qələbədən sonra Azərbaycan Respublikasında bir çox tədbirlər görüldü.Bunlardan biri qələbə münasibəti ilə yaradılmış “Zəfər” və “Qarabağ” ordenləri,həmçinin 15yeni medaldır: “Vətən Müharibəsi Medalı”, “Şuşanın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Ağdamın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə” və s.

Bir müddət keçdikdən sonra isə Bakıda Vətən Müharibəsi Memorial Kompleksi və Zəfər Muzeyi yaradıldı.Vətəndaşlar bura gələrək Şanlı ordumuzun göstərdiyi qəhramanlıqlarıvə aldığımız qənimətləri görə bilərlər.

Dövlətimiz İkinci Qarabağ Müharibəsinə böyük hazırlıq görmüşdü. Ölkəmizin iqtisadi qüdrəti qələbəmiz üçün böyük zəmin yaratmışdı.Əgər dövlətimiz inkişaf etməsəydi və bizim iqtisadi müstəqilliyimiz olmasaydı biz istədiyimiz müasir silahları əldə edə biməzdik.Biz enerji müstəqilliyi qazanaraq bir çox tarixi layihələrə imza atdıq.2006-2007-ci illər ərzində tikilmiş neft-qaz kəmərləri sayəsində biz vəsait topladıq. Buna görə də iqtisadi müstəqilliyi qanamağımız bu sahədə lazım olan əsas şərtlərdən biri idi.

Azərbaycan  Dövlət  Neft  və  Sənaye  Universiteti

Əhədov Elvin Elnur oğlu

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki