image-5f6eda50-a4b8-3e8b-951d-fc988138d82d_850backend

İlon Mask “Mançester Yunayted” futbol klubunu alıb

image-reklam_sirab_01

“Tesla”nın rəhbəri, amerikalı milyarder İlon Mask İngiltərənin ən titullu futbol klublarından birini – “Mançester Yunayted”i satın aldığını açıqlayıb.

“Aydın olmaq üçün: mən Respublikaçılar Partiyasının sol yarısını və Demokratlar Partiyanın sağ yarısını dəstəkləyirəm. Həmçinin, “Mançester Yunayted”i satın alıram, xoş gəlmisiniz”, – İlon Mask sosial şəbəkə hesabında yazıb.

O, hələlik müqavilə və futbol klubu ilə bağlı planlar barədə heç bir məlumat verməyib.

“Mançester Yunayted” 1878-ci ildə qurulub. Bu, İngiltərənin titulların sayına görə ən uğurlu klublarından biridir. Əvvəllər “Forbes” bütün aktivləri ilə birlikdə klubun dəyərini 4,6 milyard ABŞ dolları qiymətləndirib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki