İranın hakimiyyət orqanları ABŞ istehsalı olan “MQ-9 Reaper” pilotsuz uçuş aparatına (PUA) bənzər “Mohajer 10” adlı dron nümayiş etdirib.
Məlumata görə, həmin dronun uçuş məsafəsi potensial olaraq İsrail istehsalı olan PUA-lara çata bilər.
Qeyd edək ki, İran-İraq müharibəsindən sonra İran istehsalı olan bütün növ hərbi pilotsuz təyyarələrin çeşidi davamlı olaraq artırılıb və SEPAH-ın istifadəsinə verilib.
Bu yeni pilotsuz təyyarənin nümayişi İranın Rusiyaya pilotsuz təyyarələr, o cümlədən “Şahid” kamikadze dronları göndərməklə Rusiyanın Ukraynaya müdaxilə etdiyi bir vaxta təsadüf edir.