image-reklam-veteninfo
image-1backend

İran-ABŞ razılaşmasının bəzi təfərrüatları məlum olub

image-reklam-veteninfo

ABŞ və İran tərəfindən hazırlanan anlaşma memorandumunda Tehranın nüvə proqramı ilə bağlı konkret qərarlar yer almayıb.

Vətəninfo.az xəbər verir ki, bu barədə Britaniyanın “The Guardian” qəzeti anonim diplomatik mənbəyə istinadən məlumat yayıb.

Qəzet qeyd edir ki, “sənəddə nüvə məsələləri, eləcə də dondurulmuş İran aktivləri məsələsi üzrə danışıqlar prosesinin davam etdirilməsi üçün zəruri mexanizmlər təsvir olunur. Orada heç bir konkret razılaşma yoxdur”.

Mənbə həmçinin aydınlaşdırıb ki, memorandumda guya Hörmüz boğazının minalardan təmizlənməsi üçün vaxt cədvəli müəyyən ediləcək. Lakin ABŞ minalardan təmizlənmə prosesi başa çatana qədər İranın dəniz blokadasını davam etdirmək niyyətindədir.

Diplomatın sözlərinə görə, memorandumun əsas parametrləri tərəflər tərəfindən bir neçə həftə əvvəl razılaşdırılıb. Lakin mənbə vurğulayıb ki, danışıqların uğurlu nəticələnəcəyinə dair heç bir zəmanət yoxdur. Diplomat müsbət nəticə ehtimalını 50% qiymətləndirib.

O əlavə etdi ki, “Xeyli sayda potensial maneə var”.

Daha əvvəl ABŞ prezidenti Donald Tramp Vaşinqton və Tehranın razılığa gəldiyini açıqlasa da, İran bu açıqlamaları təkzib etmişdi.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki