İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) artilleriya və zirehli texnikaları İraqla sərhədə aparır. Belə bir addımın atılmasına səbəb İraq Kürdüstan Regional Rəhbərliyinin Tehranın terrorçu hesab etdiyi kürd qruplaşmalarını tərksilah etməli olduğu 19 sentyabr tarixinin yaxınlaşmasıdır. Vətəninfo.az xəbər verir ki , bu barədə İranın “Tasnim” agentliyi məlumat yayıb.






























