İranın Britaniyadakı səfiri Seyid Əli Musəvi Tehranın Britaniyanın milli təhlükəsizliyinə təhdid yaradan fəaliyyətlərdə iştirak etdiyi iddiaları ilə əlaqədar Xarici İşlər Nazirliyinə çağırılıb. Vətəninfo.az xəbər verir ki, bu barədə Britaniyanın xarici işlər naziri Ed Miliband məlumat verib.
Miliband bildirib ki, İranın cinayətkar şəbəkələr, proksi qruplar və dövlət tərəfindən maliyyələşdirilən fəaliyyətlər vasitəsilə Britaniyanın və onun beynəlxalq tərəfdaşlarının təhlükəsizliyini pozmağa çalışması qəbuledilməzdir. Onun sözlərinə görə, Tehrana dəfələrlə Britaniya ərazisindəki təhdidlərə dözülməyəcəyi barədə xəbərdarlıq edilib.
Britaniya XİN rəhbəri, habelə, İranın adından düşmənçilik fəaliyyətlərinə töhfə verməkdə və ya bu fəaliyyətlərdə iştirak etməkdə ittiham olunan iki İran vətəndaşının sanksiya siyahısına daxil edildiyini açıqlayıb. (BBC)


























