image-15backend

İran XİN: “Qərb nüvə sazişi ilə bağlı təkliflərini təqdim etməyib”

image-reklam_sirab_01

Qərb ölkələri bu günə qədər nüvə sazişinə qayıtmaq üçün razılaşmaya dair təkliflərini irəli sürməyiblər. TASS xəbər verir ki, bunu Vyanada keçirilən məsləhətləşmələrdə nümayəndə heyətinə rəhbərlik edən İran xarici işlər nazirinin müavini Əli Baqiri deyib.

“İran Qərbdən 2015-ci il nüvə sazişinə qayıtmaq təklifi almayıb”, – o qeyd edib.

Baqirinin sözlərinə görə, Tehran sazişin şərtlərinin öz variantlarına əsaslanaraq müxtəlif təkliflər irəli sürür.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki