İran prezidenti İbrahim Rəisi hündürlüyü 7 kilometr, radiusu 2 min kilometr olan, 24 saat fasiləsiz uça bilən “Mohajer-10” pilotsuz uçuş aparatını təqdim edib. Bu barədə Vətəninfo.az “Fars” agentliyinə istinadən xəbər verir .
Müdafiə Sənayesi Gününə həsr olunmuş mərasimdə ATS təqdim olunub.
Agentliyin məlumatına görə, bu dronun maksimal yanacaq tutumu 450 litr, maksimal yük çəkisi 300 kiloqram, maksimal sürəti isə saatda 210 kilometrdir. Mohajer-10 müxtəlif növ sursat və bomba daşımaq qabiliyyətinə malikdir, həmçinin elektron döyüş və kəşfiyyat sistemləri ilə təchiz olunub.
Mərasim zamanı həmçinin “Arman-1” idarə olunan bomba da buraxılıb. Bundan əlavə, “Xorəmşəhr” və “Hac Qasem” strateji raketləri rəsmi olaraq İran Silahlı Qüvvələrinə və İslam İnqilabı Keşikçiləri Korpusunun Aerokosmik Qüvvələrinə təhvil verilib.


























