image-661cd9a082c04backend

“İrana cavab verməzdən əvvəl diqqətlə düşünmək lazımdır” – Bayden

image-reklam_sirab_01

ABŞ prezidenti Co Bayden İsrailin baş naziri Benyamin Netanyahuya İranın hücumlarına cavab verməzdən əvvəl diqqətlə düşünmək barədə xəbərdarlıq edib.

Vətəninfo.az xəbər verir ki, Bayden Netanyahu ilə telefonda danışığı ilə bağlı jurnalistlərə açıqlama verərək bildirib: “Co Bayden söhbət zamanı Benyamin Netanyahuya “Gərginliyin artması riskini diqqətlə nəzərdən keçirmək və məsələyə strateji prizmadan yanaşmaq lazımdır” deyib.

İsrail ABŞ-a İranla gərginliyi artırmaq niyyətində olmadığını açıq şəkildə bildirib.

İsrailin mümkün cavab hücumuna dəstək vermə ehtimalı ilə bağlı suala isə Bayden ABŞ-ın belə planı olmadığını söyləyib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki