image-1backend

İranda güclü partlayış: Ölənlər var

image-reklam_sirab_01

İranın qərbində yerləşən Luristan əyalətinin Borucerd şəhərində baş verən partlayış nəticəsində yaşayış binası uçub. Partlayış nəticəsində bir nəfər həlak olub,1 isə  yaralanıb. Vətəninfo.az xəbər verir ki , bu barədə İSNA agentliyi məlumat yayıb.

Şəhərin yanğınsöndürmə xidmətinin nümayəndəsi Nader Musivəndin sözlərinə görə, hadisə səhər saat 10:00 radələrində baş verib.

“Hadisənin baş vermə səbəbi araşdırılır, lakin partlayışın səbəbinin yanar materialların alışması ehtimalı yüksəkdir. Yaşayış binası uçub, qonşu binaların şüşələri sındırılıb”, – deyə o bildirib.

Dağıntılar altında insanlar ola bilər. Qızıl Aypara, təcili xidmətlər, polis və yanğınsöndürmə qrupları hadisə yerindədir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki