Hicabsız aktrisanı filmə çəkən iki iranlı rejissor şərti həbs cəzasına məhkum edilib. Vətəninfo.az xəbər verir ki, bu barədə Deadline məlumat yayıb .
Mənbənin məlumatına görə, rejissorlar Behtaş Sanayx və Mariam Moghadam “Mənim sevimli tortum” filmində hicabsız qadını çəkdiyinə görə 14 ay şərti həbs cəzası alıblar.
Filmin yaradıcıları 589 milyon İran rialı da cərimə ödəməlidir.
“Gazeta.ru” yazır ki, “Mənim sevimli tortum” filmi 2024-cü ilin fevralında Berlin kinofestivalında nümayiş etdirilib və məhz o zaman onlara qarşı istintaq başlayıb. Tehran İslam İnqilab Məhkəməsi hər iki şəxsi “İslam Respublikası əleyhinə təbliğat aparmaq, ictimai asayişi pozmağa yönəlmiş yalan məlumat yaymaq” və ədəbsiz səsyazmaların aparılmasında təqsirli bilib.