image-1backend

İranın keçmiş prezidentləri Pezeşkiana səs verməyə çağırıb

image-reklam_sirab_01

İranın keçmiş prezidenti Həsən Ruhani “İranı Qərblə barışdıracaq islahatçı namizəd” Məsud Pezeşkiana səs verməyə çağırıb.

“Dünyanın qalan hissəsi ilə konstruktiv əlaqələr qurmaq istəyən və mötədillik istəyənlərdən doktor Pezeşkiana səs vermələrini xahiş edirəm. Bu namizəd seçilərsə, 2015-ci ildə ABŞ və Avropa ölkələri ilə bağlanmış nüvə sazişini yeniləmək istəyir”, – deyə Ruhani bildirib və Pezeşkianın İrana qarşı sanksiyaların ləğvinə nail olmaq iqtidarında olduğunu bildirib.

Ruhaninin bəyanatına daha əvvəl Pezeşkianı dəstəklədiyini bildirən digər keçmiş prezident Məhəmməd Hatəmi də qoşulub.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki