image-reklam-veteninfo
image-12backend

İsrail ABŞ-dan təcili hərbi yardım üçün 10 milyard dollar istəyir

image-reklam-veteninfo

“The New York Times” üç rəsmiyə istinadən xəbər verir ki, İsrail ABŞ-dan 10 milyard dollar təcili hərbi yardım istəyib.

Yardım paketi hazırda Konqres tərəfindən Ağ Evlə razılaşdırılaraq hazırlanır və ona Ukrayna, Tayvan və ABŞ-Meksika sərhədi üçün vəsait də daxil olacaq.

Senat çoxluğunun lideri Çak Şumer bazar günü Təl-Əvivə səfəri zamanı bildirib ki, ABŞ qanunvericiləri İsrailə Dəmir Qübbə raketdən müdafiə sistemi üçün ehtiyat sursat, dəqiq bombalar, standart bombaları dəqiq döyüş sursatına çevirmək üçün JDAM dəstləri və 155 mm-lik sursatla təmin etməyi müzakirə ediblər.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki