image-1backend

İsrail ordusu Xan Yunusdan 500 mindən çox adamı deportasiya etdi

image-reklam_sirab_01

İsrail ordusu Qəzza zolağının cənubundakı Xan Yunus şəhərində çətin şəraitdə 500 mindən çox insanı deportasiyaya məcbur etdi.

Vətəninfo.az xəbər verir ki, Fələstin Xarici İşlər Nazirliyinin “X” sosial media hesabında yazılır: “İsrail ordusu Xan Yunusdakı xəstəxana və sağlamlıq müəssisələri də daxil olmaqla 500 mindən çox adamı yaşadıqları yerlərdən təxliyyə tələb edib. Evlərini tərk edərək yollara çıxan qadınlar, uşaqlar, qocalar, xəstələr və xüsusi qayğıya ehtiyacı olan insanlar çətin şəraitdə köçməyə məcbur qalıb.

Qəzzada 2 milyon adam təhlükəsiz yer ümidi ilə daim yer dəyişir.

Fələstinlilər miqrasiya yolunda hərbi keçid məntəqələrindən və tanklar arasından keçib və ən elementar ehtiyaclarını belə qarşılaya bilməyiblər.

İsrail əsgərlərinin köç edən ailələrin kişilərini həbs edərək qadın və uşaqları başsız qoyub.

Rəfaha çata bilən ailələrin pis hava şəraitinin hökm sürdüyü şəhərdə sığınacaq, çadır, qida, su və dərmana əli çatmır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki