İsrailin Elad şəhərində terror aktı törədilib.
Bu barədə CNN məlumat yayıb.
İlkin məlumata görə, bıçaqla silahlanmış şəxs insanlara hücum edib.
Hücum zamanı 3 nəfər ölüb, daha bir neçə nəfər isə ağır yaralanıb.
Hadisəni törədən şəxs zərərsizləşdirilib.
Hücum terror aktı kimi qiymətləndirilir.
Sakinlərə evdə qalmaq tövsiyə edilib.


























