image-dirizobackend

İtaliya səfiri İrəvanda qəzaya düşdü

image-reklam_sirab_01

İtaliyanın Ermənistandakı səfiri Alfonso Di Rizo İrəvanda qəzaya düşüb.

Veteninfo “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bu barədə məlumatı İtaliyanın İrəvandakı səfirliyi yayıb.

Məlumata görə, qəza mayın 19-u 16:00 radələrində Beyrut və Qriqor Lusavoriç küçələrinin kəsişməsində baş verib.

Belə məlum olub ki, sözügedən ərazidə “Mersedes” və səfirin içərisində olduğu “Audi” markalı avtomobillər toqquşub.

Qəzadan sonra səfir Di Rizo xəstəxanaya çatdırılıb.

Ermənistan polisinin Mətbuat xidməti isə qəzada xəsarət alan sərnişinin şəxsiyyətini açıqlamayıb. Məlumatda yalnızca qeyd olunub ki, “Audi” markalı avtomobildə olan 57 yaşlı sərnişin travma aldığından xəstəxanaya yerləşdirilib.

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki