image-24backend

Kabildə pasport idarəsinin yaxınlığında partlayış olub

image-reklam_sirab_01

Əfqanıstanın paytaxtı Kabildə Daxili İşlər Nazirliyinin Pasportların verilməsi idarəsinin yaxınlığında partlayış olub.

Vətəninfo.az xəbər verir ki, məlumatı “Reuters” yayıb.

Hadisə nəticəsində ölən və yaralananlarla bağlı hələ ki məlumat yayılmayıb. Partlayışın səbəbi də bilinmir.

Bildirilib ki, “Taliban” hakimiyyətə gələndən sonra pasportların verilməsində fasilə yaranmışdı. Ona görə də pasport idarəsinin qarşısında qələbəlik olur. “Taliban” hökuməti Əfqanıstanda pasportların verilməsinə dekabrın 18-də başlayıblar.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki