image-48b5ed8c-a95e-31ed-b693-9431685361b3_850backend

Kərim Benzema “Seltik”lə oyunda zədələnib

image-reklam_sirab_01

İspaniya “Real Madrid”i Şotlandiyada “Seltik”ə qarşı keçirdiyi UEFA Çempionlar Liqasının F qrupunun ilk tur oyununda ciddi itki ilə üzləşib.

“kral klubu”nun əsas hücumçusu Kərim Benzema zədələnərək, meydanı tərk edib.

Dizindən xəsarət alan fransalı forvard 30-cu dəqiqədə Eden Azarla əvəzlənib.

Qeyd edək ki, ilk hissədən sonra matçda hesab açılmayıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki