Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin 2024-cü il üzrə kiçik qrant müsabiqəsinin qalibləri olan bir qrup QHT-lərin rəhbərləri ilə görüş keçirilib.
Görüşdə Prezident Administrasiyasının QHT-lərlə iş və kommunikasiya şöbəsinin QHT-lərlə iş sektorunun müdiri Tural Əliyev, QHT-lərə Dövlət Dəstəyi Agentliyinin İcraçı direktoru Aygün Əliyeva, həmin Agentliyin Müşahidə Şurasının üzvü Zaur İbrahimli və digər məsul şəxslər iştirak edib.
Əvvəlcə Aprel şəhidlərinin əziz xatirəsi 1 dəqiqəlik sükutla ehtiramla yad olunub.
Görüşdə müsabiqənin qalibləri təbrik edilib, onların sualları ətraflı cavablandırılıb, gözləntilər izah olunub.
Bu həftə analoji görüşlər kiçik qrant müsabiqəsinin qalibi olan digər QHT-lərin rəhbərləri ilə də keçiriləcək.